Çinin Usi şəhərində qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyinə start verilib.
Apasport.az xəbər verir ki, ilk yarış günündə gənc oğlan və qız sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.
Təmsilçilərimizdən Zərifə Hüseynova ümumi sıralamada yarışı 14-cü yerdə başa vurub. Zərifə ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada məğlub olub.
Fərəh Abasova, Leyla Əhmədova və Valentina Zeynalova isə qrup mərhələsini adlayıb pley-offa yüksəlsələr də, ən güclü 64-lüyə vəsiqə üçün keçirilən görüşlərdə məğlub olublar.
Gənc oğlan sablyaçıların şəxsi yarışında Ayxan Xasıyev, Rəsul Əliyev və Abbas Hüseynov qrup mərhələsindən pley-offa vəsiqə qazansalar da, ən güclü 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olublar.
Timur Husnaddinov isə mübarizəni qrup mərhələsində dayandırıb.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi