Azərbaycan İdman Akademiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası, Şahdağ Turizm Mərkəzi arasında birgə əməkdaşlıq çərçivəsində “Dağ xizəyi təlimçisi” layihəsi keçirilib.
Apasport.az xəbər verir ki, Şahdağ Turizm Mərkəzində gerçəkləşən layihəyə 150 saat praktiki və nəzəri təlim, yamacda və sinifdə təlim vasitəsilə peşəkar inkişaf, seminar materialının hazırlanması, praktik və nəzəri imtahanlar daxil olub.
“Dağ xizəyi təlimçisi” layihəsinin təlimçiləri isə Sloveniyanın Koper Elm və Tədqiqat Mərkəzinin professoru və direktoru, Beynəlxalq Sertifikatlı Xizək təlimçisi Dr. Rado Pişot, Beynəlxalq Xizək Təlimçiləri Assosiasiyası və Avropa Ümumi Təlim Testi beynəlxalq lisenziyalarına malik xizək təlimatçısı Ana Pişot olublar.
Qeyd edək ki, sözügedən layihə 16-24 mart tarixlərini əhatə edib.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi