Təmsilçilərimiz Nitsa turnirində
06.10.2024 - 11:32
Azərbaycan fiqurlu konkisürmə yığması Fransanın Nitsa şəhərində keçiriləcək beynəlxalq turnirdə təmsil olunacaq.
Apasport.az xəbər verir ki, yığmamız “Çelencer” seriyalı “Metropol Trofi” yarışında iki duet sifariş edib.
Buz üzərində rəqslərdə çıxış üçün Samanta Ritter və Daniel Brikalov, həmçinin Maksin Uiterbi və Aleksandr Kolosovski qeydiyyatdan keçiblər. Ümumilikdə 21 duet yarışa qatılmaq istəyindədir.
Qeyd edək ki, Nitsadakı turnir oktyabrın 16-20-də keçiriləcək.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi
0
0