Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Konqresi və Baş Assambleyası keçirilib.
Apasport.az xəbər verir ki, assambleyada qurumun prezidentliyinə və İcraiyyə Komitəsinə seçkilər də keçirilib.
Belçikalı Filip Housiaux AƏOH-un prezidenti seçilib. Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev 4 il müddətinə AƏOH-un İcraiyyə Komitəsinə üzv seçilib.
Xəzər İsayev Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı tərəfindən Con Barotta mükafatına da layiq görülüb.
Qeyd edək ki, tədbir çərçivəsində taekvondoçumuz, Paris-2024-ün gümüş mükafatçısı Qaşım Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi