Xizək alpinistlərimiz Dünya kubokunda iştirak ediblər
06.04.2025 - 09:46
Azərbaycanın xizək alpinistləri Nəzrin Qəribova və Seyid Sədrəddinov İsveçrənin Villars-Sur-Ollon qəsəbəsində keçirilmiş Dünya kubokunda iştirak ediblər.
Apasport.az xəbər verir ki, qadın idmançımız 21 ölkədən olan 62 iştirakçı arasında yarışın sprint növü üzrə 33-cü yeri tutub.
Seyid Sədrəddinov isə 75 xizçəkçi arasında 67-ci yerə sahib olub.
Yarışın qarışıq estafet növündə də qüvvəsini sınayan təmsilçilərimiz 42 cütlük arasında 37-ci yerdə qərarlaşıblar.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi
0
0