Azərbaycanın xizək alpinistləri Nəbiyulla Qələbəqiyev, Ramin Beybutov, Elməddin Həsənov, Nurid Şəkərəliyev və Abel İsmixanov Türkiyənin İsparta şəhərinin Davraz xizək mərkəzində keçirilən ölkə çempionatında iştirak ediblər.
Apasport.az xəbər verir ki, yarışın sprint növü üzrə U-18 kateqoriyasında Nəbiyulla Qələbəqiyev 3 ölkənin 11 idmançısı arasında birinci yeri tutub.
Eyni kateqoriyada mübarizə aparan Ramin Beybutov dördüncü olub. Abel İsmixanov U-16 kateqoriyasında 13 idmançı arasında birinci, Nurid Şəkərəliyev isə ikinci yeri tutub.
U-14 kateqoriyasında isə Elməddin Həsənov 5 idmançı arasında ikinci yerə sahib olub.
Yarışın "mixed relay" növünün böyüklər kateqoriyasında Nəbiyulla Qələbəqiyev və Ramin Beybutov 9 komanda arasında 1-ci yeri tutublar. U-14 kateqoriyasında mübarizə aparan Elməddin Həsənov isə 2-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Xizək Alpinizmi üzrə Türkiyə Çempionatı 14-16 mart tarixlərində keçirilib.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi