Qılıncoynatma üzrə Dünya kubokunun mərhələ yarışı davam edir.
Apasport.az xəbər verir ki, qadın sablyaçılardan ibarət Azərbaycan millisi Perunun paytaxtı Limada keçirilən mərhələdə çıxışını başa vurub.
Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət millimiz komanda yarışında 1/8 finalda Yaponiya ilə görüşüb. Yekuna finala qədər irəliləyən asiyalılar 45:37 hesablı qələbə qazanıb.
9-16-cı yerlər uğrunda keçirilən qarşılaşmalarda Honkonqa 45:36 hesabı ilə qalib gələn millimiz İspaniyaya 35:45 hesabı ilə məğlub olub. Sablyaçılarımız 11-12-ci yerlər uğrunda keçirilən görüşdə Almaniyaya 38:45 hesabı ilə uduzaraq 12-ci olub.
Qadın sablyaçıların şəxsi yarışında Palina Kaspiaroviç ən 1/8 finala qədər irəliləyib. Səbinə Kərimova və Zərifə Hüseynova isə 140-dan çox iştirakçının qatıldığı turnirdə ilk yüzlükdə yer alıb
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi