Azərbaycanlı gimnast Şəms Ağahüseynova "AGF Trophy" beynəlxalq turnirinin final günündə ikinci medalını qazanıb.
Apasport.az xəbər verir ki, o, lentlə hərəkətlərin finalında 24.500 xal toplayıb və bürünc medal qazanıb.
Bu yarışda Fidan Qurbanlı dördüncü yeri tutub.
Akmaral Erikeşeva (Qazaxıstan) lentlə qızıl, Elene Bakradze (Gürcüstan) gümüş medal qazanıb.
Qeyd edək ki, bundan əvvəl Ağaqüseynova topla hərəkətdə üçüncü yeri tutub, yeniyetmələrdən ibarət qrup komandası isə beş halqa ilə yarışda gümüş medal qazanıb. Öz növbəsində Azadə Atakişiyeva gürzlərlə hərəkətlərdə finalın qalibi olub.
- Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib
- Bədii gimnastika üzrə Bakı çempionatı start götürüb
- Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu olub
- Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO
- Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib