Avropa Gimnastikasının rəsmisi Bakıda seminar keçib
27.01.2025 - 16:56
Avropa Gimnastikasının batut gimnastikası üzrə Texniki komitəsinin üzvü, professor Dr. Patrik Ziqfred Milli Gimnastika Arenasında seminar keçib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Seminarın ilk günündə idmançılara batut üzərində bədənin mövqeyinin qorunması, sadə tullanışlardan çətin kombinasiyalara keçid, düzgün enmə və digər texnikalar nəzəri və praktiki olaraq öyrədilib.
- Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib
- Bədii gimnastika üzrə Bakı çempionatı start götürüb
- Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu olub
- Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO
- Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib
0
0