Azərbaycan təmsilçiləri finala yüksələ bilmədilər
07.06.2025 - 12:51
Estoniyanın paytaxtı Tallində bədii gimnastika üzrə Avropa çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçiləri fərdi yarışlarda çıxışlarını başa vurublar.
Kamilla Seyidzadə çoxnövçülükdə 38-ci yeri tutub.
Dörd növdə çıxışına əsasən, o, 74,200 xal toplayıb və mütləq çempionatın finalına yüksələ bilməyib.
Zöhrə Cəfərova və Gövhər İbrahimova isə iki növdə çıxış ediblər.
Qeyd edək ki, çoxnövçülüyün təsnifat mərhələsində birinci yeri ukraynalı Taisiya Onofriyçuk tutub.
- Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib
- Bədii gimnastika üzrə Bakı çempionatı start götürüb
- Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu olub
- Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO
- Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib
0
0