Azərbaycanlı idmançı karyerasını başa vurub
15.12.2024 - 11:58
Azərbaycan millisinin daha bir bədii gimnastı karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, Zeynəb Hümmətova xalça ilə vidalaşıb.
O, uzun illər qrup komandasının tərkibində çıxış edib. Zeynəb dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionu, ikiqat Olimpiya iştirakçısıdır.
Hümmətova böyük idmanla vidalaşması bu gün “Qış nağılı” beynəlxalq turnirində rəsmiləşəcək.
Qeyd edək ki, bir gün milli komandanın lideri olan Zöhrə Ağamirova da karyerasını başa vurub.
- Milli Gimnastika Arenasında master klass keçirilib
- Milli Gimnastika Arenasında “Rektor kuboku” keçiriləcək
- Azərbaycanın tanınmış bədii gimnastı karyerasını başa vurub
- İdman gimnastikası üzrə hakimimiz 1-ci kateqoriyaya layiq görülüb
- Azərbaycanın gimnastika hakimləri qitələrarası kurslarda yüksək nəticə göstəriblər
0
0