Daha iki təmsilçimiz medal qazanıb
30.03.2025 - 18:42
Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turnirində topla hərəkətlərdə iki azərbaycanlı gimnast eyni vaxtda fəxri kürsüyə qalxıb.
Apasport.az xəbər verir ki, bu növdə birinci yeri Zöhrə Cəfərova tutub.
O, 25.850 xal toplayıb və rəqibləri üçün əlçatmaz olub. Hakimlərdən 23.400 xal alan Kamilla Seyidzadə isə gümüş medal qazanıb.
Bundan əvvəl İlona Zeynalova lentlə hərəkətdə fərqlənərək gümüş medala sahib çıxıb.
- Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib
- Bədii gimnastika üzrə Bakı çempionatı start götürüb
- Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu olub
- Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO
- Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib
0
0