
Akrobatika üzrə Dünya kuboku Bakıda keçiriləcək.
Apasport.az xəbər verir ki, yarış sabah start götürəcək.
İştirakçılar Milli Gimnastika Arenasında podium məşqlərinə başlayıblar.
Seriyanın üçüncü mərhələsi olan Dünya kubokunda yeddi ölkədən 63 idmançı mübarizə aparacaq.
Azərbaycan komandasının heyətində Raziyə Seyidli - Ağasif Rəhimov, Milana Əliyeva - Sabir Ağayev qarışıq cütləri, Murad Rəfiyev - Daniel Abbasov kişilər dueti, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihidən ibarət kişilər qrupu, həmçinin Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadınlar qrupu yer alıb.
İyunun 13-15-də keçiriləcək Dünya kubokunda Çin, Almaniya, Ukrayna, Qazaxıstan, Hindistan və Özbəkistandan olan akrobatlar da iştirak edəcəklər.
- Tofiq Əliyevdən daha bir uğur: DÜNYA KUBOKUNUN QALİBİ OLDU
- “Nebesnaya Gratsiya” komandası III MDB Oyunlarında iştirak edəcək
- Gimnastlarımız MDB Oyunlarını 6 medalla başa vurublar
- Gimnastımız ikiqat Olimpiya çempionunu üstələdi - ÇEMPİON OLDU
- III MDB Oyunları: Azərbaycan gimnastları gümüş medal qazanıb - FOTO