İtaliyada keçiriləcək turnirdə Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib
03.07.2024 - 11:32
İtaliyada keçiriləcək turnirdə Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib

Azərbaycanı İtaliyanın Turin şəhərində keçiriləcək akrobatika gimnastikası üzrə “Turin Acro Cup” beynəlxalq yarışında təmsil edəcək gimnastlar məlum olub.

Apasport.az xəbər verir ki, turnirdə qarışıq cütlük Ağasif Rəhimovla Seyidli Raziyə, kişi cütlüyü Daniel Abbasovla Murad Rəfiyev, kişi qrupu Riad Səfərov, Abdulla Əl Məşayxi, Seymur Cəfərov, 13-19 yaş kateqoriyası üzrə qadın qrupunda isə Nəzrin Zeyniyeva, Anahita Başhiri və Zəhra Rəşidova iştirak edəcəklər.

Yarışda ölkəmizi hakimlər arasında Dürdanə Əhmədova təmsil edəcək.

Qeyd edək ki, turnir iyulun 5-7-də keçiriləcək.

0