Naxçıvanda gimnastlar üçün "ustad dərsi" keçirilib.
Apasport.az xəbər verir ki, bu gün İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının (AGF) məşqçiləri tərəfindən muxtar respublika gimnastları və onların valideynləri üçün gimnastika hamı üçün idman növündə "ustad dərsi" keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə 80-ə yaxın gimnast, eləcə də məşqçi və valideynlər iştirak ediblər.
AGF-nin gimnastika hamı üçün növü üzrə baş məşqçisi Ruslan Eyvazov, məşqçilər Abid Aslanov, Rəna Manafova, Ləman Zeynalzadə və digələrindən ibarət 8 nəfərlik heyəti "ustad dərs"inin iştirakçıları ilə təcrübələrini bölüşüblər. Dərs isinmə hərəkətləri ilə başlayıb, ardınca rəqslər, fləşmob və akrobatik hərəkətlər icra olunub.
Qeyd edək ki, bu növ üzrə "ustad dərsi" Naxçıvanda artıq ikinci dəfədir (birinci 2023-cü ildə) təşkil olunur. Məqsəd adıçəkilən növə marağı artırmaq, idmançıların hazırlıq səviyyəsini yüksəltmək və gələcək yarışlar öncəsi motivasiya etməkdir.
- Bu gün batut və tamblinq üzrə ölkə çempionatı start götürəcək
- Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazanıblar
- Azərbaycanın akrobatika gimnastları Bakıda keçirilən Dünya Kubokunun qalibi olublar
- Dünya kubokunda final: Gimnastlarımız üçün medal şansı
- Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb