Azərbaycan yığması Özbəkistanın paytaxtı Daşkənddə batut gimnastikası üzrə yarışda uğurlu çıxış ilə yadda qalıb.
Apasport.az xəbər verir ki, dekabrın 3-də start götürən“Beyond the Sky” turnirdə 6 medal qazanıb.
Təmsilçilərimiz iki qızıl, bir gümüş və üç bürüncə sahib çıxıblar. Şəxsi yarışlarda Əli Niftəliyev fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Ammar Baxşalıyev ikinci, Samirə Hüseynova isə üçüncü olub.
Sinxron çıxışda Şəfiqə Hümbətova-Ayan Şabanova cütü qızıl medala sahib olub. Nicat Mirzəyev-Amil Abbasov və İbrahim Mustafazadə-Fərhad Mustafayev bürünclə kifayətləniblər.
Qeyd edək ki, yarış dekabrın 7-də başa çatacaq.
- Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib
- Bədii gimnastika üzrə Bakı çempionatı start götürüb
- Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu olub
- Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO
- Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib