
Azərbaycan komandası Bolqarıstanın paytaxtı Sofiyada krçirilən yeniyetmələr arasında bədii gimnastika üzrə dünya çempionatında qrup hərəkətlərində 13-cü yeri tutub.
Apasport.az xəbər verir ki, çoxnövçülükdə Nəzrin Abdullayeva, Röya Alikişiyeva, Ayan Nəsirova, Şəms Müvəffəqi və Nəzrin Salmanlıdan ibarət komanda beş halqa və beş cüt gürzlə çıxış ediblər.
İki növün cəmində onlar 42.300 bal toplayıb və 22 ölkədən olan rəqiblərini qabaqlayaraq 13-cü olublar. Gimnastlarımız fərdi növlərdə finala yüksələ bilməyiblər.
Bu gün dünya çempionatının sonuncu günü keçiriləcək. Finalda iki gimnastımız iştirak edəcək: Fidan Qurbanlı gürzlərlə, Azadə Atakişiyeva isə halqa ilə mübarizəyə qoşulacaq.
- Tofiq Əliyevdən daha bir uğur: DÜNYA KUBOKUNUN QALİBİ OLDU
- “Nebesnaya Gratsiya” komandası III MDB Oyunlarında iştirak edəcək
- Gimnastlarımız MDB Oyunlarını 6 medalla başa vurublar
- Gimnastımız ikiqat Olimpiya çempionunu üstələdi - ÇEMPİON OLDU
- III MDB Oyunları: Azərbaycan gimnastları gümüş medal qazanıb - FOTO