Azərbaycan güləşçilərindən 3 medal
03.07.2024 - 22:30
Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatının son günündə 3 medal qazanıb.
Apasport.az xəbər verir ki, İsmayıl Rzayev (82 kq) finalda türkiyəli Alperen Berberlə qarşılaşıb. O, rəqibinə məğlub olaraq gümüş medal qazanıb.
Tural Əhmədov (60 kq) və Ruslan Nurullayev isə üçüncü yer uğrunda görüşlərdə rəqiblərinə qalib gəlməklə bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, daha əvvəl Məhəmməd Şükürzadə (63 kq) bürünc medal qazanmışdı.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0