Azərbaycanı Yunanıstandakı yarışda təmsil edəcək güləşçilər müəyyənləşib
20.09.2024 - 17:56
Azərbaycanı Yunanıstanın Katerini şəhərində keçiriləcək çimərlik güləşi üzrə Dünya Seriyasının 4-cü mərhələsində təmsil edəcək idmançılar müəyyənləşib.
Apasport.az Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) yarışacaq.
Sabah startı veriləcək yarış iki gün davam edəcək.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0