Azərbaycanın güləş hakimi Bəşir İsazadə ən yüksək dərəcə sayılan I-S kateqoriyasına yiyələnib.
Apasport.az xəbər verir ki, bu il U-23 Avropa çempionatında, U-20 dünya çempionatında və İslam Həmrəyliyi Oyunlarında ədaləti qoruyan lənkəranlı referi Dünya Güləş Birliyinin (UWW) etimadını doğruldub. Bu dərəcəyə sahib hakimlər bütün yarışlarda, o cümlədən Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanırlar.
Daha 2 referi isə beynəlxalq kateqoriyalı ədalət təmsilçiləri sırasına qoşulub. Oktyabrın 7-12-də Macarıstanın Tatabanya şəhərində təşkil edilən veteranların dünya çempionatında iş başında olan və imtahandan keçən Samir Hacıyevlə (Astara) Əkbər Məmmədli (Göyçay) UWW-nin qərarı ilə III dərəcəli beynəlxalq hakim statusuna yiyələniblər.
Bununla da Azərbaycanın beynəlxalq hakimlərinin sayı 25-ə çatıb.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar