Beş güləşçimiz Avropa çempionatında mübarizəyə başlayacaq
07.04.2025 - 09:37
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatına start veriləcək.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq.
İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Orxan Abasov (79 kq) və Abubakr Abakarov (97 kq) döşək üzərinə çıxacaqlar.
Qeyd edək ki, görüşlər hər gün, Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0