Beş sərbəst güləşçimiz Budapeştdə mübarizəyə başlayır
06.06.2024 - 10:16
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri keçirilir.
Apasport.az xəbər verir ki, bu gün 5 sərbəst güləşçimiz turnirdə mübarizəyə başlayacaq. Görüşlər saat 12:30-da start götürəcək.
Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaq.
Qeyd edək ki, iyunun 9-da başa çatacaq yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də çıxış edəcəklər.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0