Dünya çempionatı: 3 təmsilçimiz yarımfinalda
28.10.2024 - 18:55
Dünya çempionatı: 3 təmsilçimiz yarımfinalda

Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatına start verilib.

Apasport.az xəbər verir ki, ilk gündə yunan-Roma güləşçiləri mübarizəyə başlayıb.

Azərbaycan 4 çəki dərəcəsinin hər birində təmsil olunur.

57 kq çəki dərəcəsində üçqat dünya çempionu Eldəniz Əzizli yarışa 1/8 finaldan qoşulub. Albaniyalı Bayram Sina ilə üz-üzə gələn milli üzvü tam üstünlükə (8:0) qalib gəlib. Əzizli 1/4 finalda da eyni uğuru təkrarlayıb. O, bu dəfə çinli Haifenq Zanqdan üstün olub - 9:0.

63 kq çəki dərəcəsində ilk mərhələdən mübarizəyə başlayan Nihat Məmmədli İldar Hafizova (ABŞ) tam üstünlükə (10:0) qalib gələrək 1/8 finala vəsiqə qazanıb. Güləşçimiz daha sonra bolqarıstanlı Muslim Amayevə "tuşla" qalib gəlib.

72 kq çəki dərəcəsində Ülvi Qənizadənin 1/8 finalda Otar Abuladzeni (Gürcüstan) məğlub edib - 5:1. O, ardınca xorvatiyalı Dominik Etlingerə tam üstünlüklə (9:0) qalib gələrək yarımfinala yüksəlib.

82 kq çəki dərəcəsində Qurban Qurbanov təsnifat mərhələsində albaniyalı Kevin Kupini sınağa çəkib. O, rəqibinə tam üstünlüklə (9:0) qalib gələrək 1/8 finala yüksəlib. O, növbəti görüşündə isə macarıstanlı Erik Szilvassiyə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, mundiala oktyabrın 31-də yekun vurulacaq.

0