Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatına start verilib.
Apasport.az xəbər verir ki, sərbəst güləş millimiz qitə birinciliyində uğurlu çıxış edib.
Komandamız çempionatda 1 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb. İbrahim Həsənov (41 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Rəşid Nazarov (52 kq), Ruslan Vəliyev (62 kq) və Nihad Süleymanlı (75 kq) gümüş, Musa Tağıyev (38 kq), Abbas Şəfiyev (44 kq), Ramal Məmmədoğlu (52 kq) və Asim Əliyev (57 kq) isə bürüncə yiyələnib.
Yekunda 140 xal toplayan millimiz ən yaxın izləyicisini 31 xal qabaqlayaraq komanda hesabında Avropa çempionu olub. Gürcüstan (109) ikinci, Türkiyə (104) isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, U-15 Avropa çempionatları tarixində ilk dəfə sərbəst güləş üzrə millimiz komanda hesabında 1-ci yeri tutub.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar