Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazanıb
09.04.2025 - 22:57
Azərbaycan güləşçiləri Ağanəzər Novruzov və Osman Nurməhəmmədov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc və gümüş medal qazanıblar.
Apasport.az xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan Nurməhəmmədov finalda Dauren Kuruqluyevə (Yunanıstan) məğlub olub. Bu, Azərbaycan yığma komandasının yarışdakı ilk gümüş medalı olub.
Yığmamızın digər üzvü Novruzov isə 74 kq çəki dərəcəsində üçüncü yer uğrunda görüşdə Ramazan Ramazanova (Bolqarıstan) qalib gəlib.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0