Macarıstanın paytaxtı Tatada beynəlxalq təlim-məşq toplanışına start verilib.
Apasport.az xəbər verir ki, qadın güləşi üzrə 15 milli komandanın cəlb olunduğu hazırlıq prosesində yığmamızın üzvləri də iştirak edir.
Olimpiya Təlim-Məşq Bazasında təşkil edilən toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərovun rəhbərliyi altında Elnurə Məmmədova (53 kq), Günay Qurbanova (59 kq) və Ruzanna Məmmədova (62 kq) iştirak edir. Qarşıdan gələn yarışlara hazırlıq xarakteri daşıyan toplanış iyulun 29-dək davam edəcək.
Qeyd edək ki, növbəti hazırlıq prosesinin də ölkə xaricində təşkili nəzərdə tutulub. Belə ki, U20 milli komandanın üzvlərinin – Günay Qurbanova (59 kq) Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadənin (72 kq) baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında 5-17 avqust tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada toplanış keçməsi planlaşdırılır. Komandamız hazırlıq prosesini başa vurduqdan sonra eyni şəhərdə keçiriləcək U20 dünya çempionatına qatılacaq.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar