Güləşçilərimiz “Çempionlar” turnirinin son günündə 2 medal qazanıb
08.05.2025 - 23:57
Güləşçilərimiz “Çempionlar” turnirinin son günündə 2 medal qazanıb

Türkiyənin Antalya şəhərində keçirilən gənclər (U20) arasında "Çempionlar" turnirinə yekun vurulub.

Apasport.az xəbər verir ki, son yarış günündə 63, 82, və 130 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıblar.

İlk və ikinci gündə olduğu kimi, sonuncu gündə də yığmamız aktivinə 1 gümüş və 1 bürünc medal yazdırıb. Tural Əhmədov (63 kq) ikinci, Elmin Əliyev (82 kq) isə üçüncü yeri tutub.

Yekunda millimiz ənənəvi turniri 6 (3 gümüş, 3 bürünc) medalla başa vurub. Öncəki günlərdə Turan Daşdəmirovla (55 kq) Ayxan Cavadov (60 kq) gümüş, Vədat Qasımlı (60 kq) və İsmayıl Rzayev (97 kq) isə bürünc medal əldə ediblər.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Antalyaya yollanan yığmamız 122 xalla komanda hesabında 2-ci yeri tutub. İran (128) birinci, Qırğızıstan (115) isə üçüncü olub.

Qeyd edək ki, "Çempionlar" turnirində II dərəcəli beynəlxalq hakimlər Xəyal Əliyev və Kamran Baxışov ədaləti qoruyub.