Güləşçilərimiz Gürcüstanda mübarizə aparacaqlar
24.05.2024 - 15:12
Sabah Gürcüstanın Qori şəhərində sərbəst güləş üzrə “Şxireli kuboku”na start veriləcək.
Apasport.az xəbər verir ki, U-20 yaş qrupu üzrə keçiriləcək turnirdə ölkəmizi məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Musa Verdiyev (65 kq), Ramik Heybətov (70 kq), Əhməd Əhmədli (74 kq), Emin Qocayev (79 kq) və Sadiq Mustafazadə (86 kq) təmsil edəcək.
İki gün davam edəcək ənənəvi yarışda beynəlxalq dərəcəli hakimlər Xəzər Allahverdiyevlə Eldar Bayramov ədaləti qoruyacaq.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0