Güləşçilərimizdən iki medal
02.10.2024 - 21:24
Rusiyanın Vladiqafqaz şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, “Xadartsov qardaşları kuboku” adlanan yarışda iki təmsilçimiz fərqlənib.
Məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında milli komandanın üzvlərindən İslam Bazarqanov (57 kq) və Ağanəzər Novruzov (74 kq) fəxri kürsüdə yer alıb. Hər iki güləşçimiz gümüş medal qazanıb.
Qeyd edək ki, turnirdə I dərəcəli hakim Elman İsmayılov ədaləti qoruyub.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0