Güləşçilərimizdən Qazaxıstanda 3 medal
21.09.2024 - 22:27
Qazaxıstan Atırau şəhərində güləş üzrə "Oil Capital Cup" turniri keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışda 3 medal qazanıb.
70 kq çəki dərəcəsində Kənan Heybətov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
79 kq çəki dərəcəsində Əşrəf Aşırov finala qədər yenilgisiz irəliləyib. O, yalnız həlledici görüşdə uduzaraq gümüş medalla kifayətlənib.
65 kq çəki dərəcəsində mübarizə aparan Musa Ağayev isə təsəlliverici görüşə çıxıb. O, rəqibini məğlub edərək bürünc medal qazanıb.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0