Güləşçimiz 1/4 finalda məğlub olub
08.08.2024 - 15:20
Osman Nurmaqomedov Paris Olimpiadasında növbəti görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz 1/4 finalda San Marino təmsilçisi Mayls Amine ilə üz-üzə gəlib.
Dramatik keçən qarşılaşmada idmançımız rəqibinə məğlub olub - 16:14.
***
14:28
Paris Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışları davam edir.
Apasport.az xəbər verir ki, bu gün daha bir təmsilçimiz mübarizəyə qoşulub.
86 kq çəki dərəcəsində çıxış edən Osman Nurmaqomedov ilk yarışını Monqolustan təmsilçisi Bat Erden Byambasurenə qarşı keçirib.
Rəqibini məğlub edən təmsilçimiz 1/4 finala vəsiqə qazanıb.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
2
0