Paris Olimpiadasında bürünc medal qazanmış sərbəst güləş üzrə milli komandanın üzvü Maqomedxan Maqomedov bir neçə gün öncə Rusiya mətbuatına verdiyi müsahibədə fikirlərinin yanlış anlaşıldığını bildirib.
Apasport.az xəbər verir ki, güləşçimiz bununla bağlı açıqlama verib:
“Mən 2022-ci ildən Azərbaycanı təmsil edirəm. Mənə bu şəraiti yaratdığı üçün Azərbaycan Respublikasının prezidentinə, o cümlədən Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə və mənə bu imkanı yaradan hər kəsə təşəkkürümü bildirirəm. Azərbaycanı sevirəm və bu ölkəni təmsil etdiyim üçün fəxr edirəm. Məhz Azərbaycan bayrağı altında Avropa çempionu, dünya və olimpiya mükafatçısı olmuşam. Rusiya mətbuatına verdiyi müsahibədə səsləndirdiyim fikirlər yanlış anlaşılmanın nəticəsidir. Azərbaycan Respublikası Prezidentinin mənə verdiyi orden mənim üçün çox dəyərlidir və heç bir hörmətsizlikdən söhbət gedə bilməz. Baş verənlərlə əlaqədar mən Azərbaycan Respublikasının Prezidentindən və bütün Azərbaycan xalqından üzr istəmək istəyirəm".
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar