Azərbaycan güləşçisi Cocu Səmədov (87 kq) İspaniyanın Pontevedra şəhərində davam edən U-20 dünya çempionatında finala yüksəlib.
Apasport.az xəbər verir ki, o, 1/8 finalda serbiyalı Andriya Mixaloviç, 1/4 finalda ermənistanlı Ruben Gevorqyan, yarımfinalda isə qazaxıstanlı Temirlan Turdakin üzərində qələbə qazanaraq həlledici mərhələyə vəsiqə qazanıb.
Səmədovun finaldakı rəqibi qırğızıstanlı Asan Janişov olacaq.
Digər güləşçilərimizdən Rahim Həsənov (55 kq), Məhəmməd Şükürzadə (63 kq) və Məzaim Mərdanov (130 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, medal uğrunda görüşlər bu gün keçiriləcək.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar