Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
21.11.2025 - 17:19
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında güləş yarışları davam edir.
Apasport.az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Ağanəzər Novruzov final matçına çıxıb.
İdmançımız həlledici qarşılaşmada İran təmsilçisi ilə üz-üzə gəlib.
Güləşçimiz rəqibinə 0:5 hesabı ilə uduzaraq İslamiadanı ikinci pillədə başa vurub.
Qeyd edək ki, digər təmsilçilərimizdən Arseniy Djioyev (86 kq) qızıl, Giorgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda görüşə çıxacaq.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0