Güləşçimiz medalsız qaldı, karyerasını bitirdi
07.08.2024 - 11:17
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
35 yaşlı pəhləvan Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra güləşlə vidalaşıb. O, Paris-2024-də beşinci yeri tutaraq medalsız qalıb.
Qeyd edək ki, Şəriəti 2016-cı ildə Rio-de-Janeyrodakı olimpiadada bürünc mükafat əldə edib. Təcrübəli idmançı 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında gümüş medal qazanmışdı.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0