Günay Qurbanova finalda - YENİLƏNİR
22.04.2026 - 14:38
Günay Qurbanova finalda - YENİLƏNİR

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, qadın güləşçilərimiz bu gün mübarizəyə qoşulub.

59 kq çəki dərəcəsində döşək üzərinə çıxan Günay Qurbanova 1/4 finalda Elena Bruqqerlə (Almaniya) üz-üzə gəlib. İdmançımız rəqibinə qalib gələrək adını yarımfinal mərhələsinə yazdırıb.

Xatırladaq ki, daha əvvəl 50 kq çəki dərəcəsində mübarizə aparan Elnurə Məmmədova təsnifatda Aqata Valerzaka (Polşa) uduzaraq turnirlə vidalaşıb.