Mariya Stadnik Paris-2024-ə lisenziya qazandı
11.05.2024 - 23:00
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Apasport.az xəbər verir ki, qadın güləşi üzrə Azərbaycan millisinin lideri dördilliyin ən mötəbər yarışına vəsiqəni İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində əldə edib.
O, Paris-2024-ə vəsiqə üçün son şansından yararlanıb. 50 kq çəkidə çıxış edən idmançımız bürünc medal uğrunda bolqarıstanlı Miqlena Selişkaya tam üstünlüklə (10:0) qalib gəlib. O, lisenziya uğrunda görüşdə isə italiyalı Emanuela Liuzzi ilə qarşılaşıb və bu dueli də vaxtından əvvəl aktivinə yazıb – 10:0.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
1
0