Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kiloqram) Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib.
Apasport.az xəbər verir ki, mübarizəyə 1/8 finaldan başlayan titullu idmançı Menq Hsiehə (Çin Taypeyi), ardınca isə Violetta Çirikə (AIN) tam üstünlüklə qalib gəlib.
Yarımfinalda Cənubi Koreya təmsilçisi Son Hyanq Kimlə qarşılaşacaq M. Stadnik rəqibini məğlub edəcəyi təqdirdə, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.
53 kq-da Gültəkin Şirinova, 57 kq-da Alyona Kolesnik və 68 kq-da Elis Manolova təsnifat mərhələsindəcə mübarizəni erkən dayandırıb. Raundu yalnız 62 kq-da təmsilçimiz Ruzanna Məmmədova keçə bilib, lakin gənc güləşçimiz 1/8 finalda Çin idmançısına məğlub olub. 3 təmsilçimiz rəqiblərinin çıxışlarından asılı olaraq, lisenziya şansını saxlayır.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) “Paris-2024”də lisenziyanı təmin ediblər.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar