Bu gün Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq.
Apasport.az xəbər verir ki, bu, Azərbaycan təmsilçisi Mariya Stadnik (50 kq) üçün Paris 2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq baxımından son şans olacaq.
Ötən gün yarımfinalda məğlub olan 35 yaşlı güləşçi, bürünc medal uğrunda görüşə çıxacaq.
Qadınlardan ibarət yığmanın digər üzvləri - Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) rəqiblərinə məğlub olaraq, uğursuz çıxış ediblər.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) ilk yarış günündə lisenziyaya sahib çıxıblar.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar