Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında yunan-Roma güləşi üzrə yarış yekunlaşıb.
Apasport.az xəbər verir ki, millimiz 2 qızıl və 1 bürünc medal qazanıb və 93 xalla komanda hesabında dünya üçüncüsü olub.
Yığmamız medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb.
Komandamız yalnız İran (143) və Ukraynadan (96) geri qalıb.
Xatırladaq ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında DÇ-yə qatılan heyətdə Elmir Əliyevlə (55 kq) Ziya Babaşov (63 kq) dünya çempionu olub. Ruslan Nurullayev (72 kq) isə üçüncü yeri tutub.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar