Millimizin üzvləri əməliyyat olunublar
17.09.2024 - 11:53
Azərbaycanın sərbəst güləş üzrə millisinin üzvləri Turan Bayramov və Əliabbas Rzazadə əməliyyat olunub.
Apasport.az Avropa ikincisi və U-23 dünya çempionu T.Bayramov sentyabrın 4-də sol çiynindən, Avropa çempionu və U-23 dünya çempionu Əliabbas Rzazadə isə həm sol çiynindən, həm də sol biləyindən əməliyyat olunub.
Hər iki cərrahiyyə əməliyyatını “Liv Bona Dea” hospitalının baş həkimi Elxan Qasımov həyata keçirib.
T.Bayramovun 5, Ə.Rzazadənin isə 6 aydan sonra millinin təlim-məşq proseslərində iştirakı gözlənilir.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0