Azərbaycanın yunan-Roma və sərbəst güləş üzrə milli komandaların Göygöl toplanışı davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası hazırlıq prosesində milli üzvləri üçün praktiki seminar təşkil edib.
Seminarda l-S dərəcəli hakim Asif Şirəliyev Dünya Güləş Birliyinin (UWW) yeni qəbul etdiyi qərarları izah edib. O, həmçinin, idmançıların xalçada davranış qaydaları, hakimlərlə ünsiyyəti, etik normaları gözləmələri ilə bağlı da öz tövsiyələrini çatdırıb.
Qeyd edək ki, AGF bu istiqamətdə maarifləndirci tədbirləri digər yaş qrupları üzrə milli komandalarla da təşkil edəcək.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Azərbaycan güləşçiləri ilin ilk təlim-məşq toplanışlarına başlayıblar