Musa Ağayevdən bürünc medal
20.09.2024 - 01:27
Qazaxıstanın Atırau şəhərində güləş üzrə "Oil Capital Cup" turniri keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan sərbəst güləşçisi bürünc medal qazanıb.
65 kq çəki dərəcəsində Musa Ağayev 1/4 finalda gürcüstanlı Luka Janeraşviliyə qalib gəlib. Lakin o, yarımfinalda qazaxıstanlı Mayis Aliyevə uduzub.
Bürünc medal uğrunda görüşdə qazaxıstanlı Bek Jaksilikovu məğlub edən həmyerlimiz 3-cü pilləyə sahib çıxıb.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0