Paris olimpiadasında bu gün daha iki idmançımız mübarizəyə qoşulacaq.
Apasport.az xəbər verir ki, bu gün start götürəcək yunan-Roma güləşi üzrə yarışlarda Sabah Şəriəti və Murad Məmmədov ilk görüşlərinə çıxacaq.
Şəriəti 130 kq çəki dərəcəsində estoniyalı Heyki Nabi ilə mübarizə aparacaq. Məmmədov isə 60 kq çəki dərəcəsində Venesueladan olan Rayber Joze Rodriqez Oroskonu məğlub etməyə çalışacaq.
Hər iki güləşçi yarışa 1/8 final mərhələsindən başlayacaq.
5 avqust
1/8 final
17:00. Yunan-Roma güləşi (130 kq), C xalçası
Sabah Şəriəti - Heyki Nabi (Finlandiya)
Yunan-Roma güləşi (60 kq), A xalçası
Murad Məmmədov - Rayber Joze Rodriqes
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar