Paris-2024: Güləşçilərimizin rəqibləri bəlli olub
06.08.2024 - 17:53
Paris-2024 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında növbəti günün püşkatması keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycanın daha iki pəhləvanının rəqibi müəyyənləşib.
67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov misirli Mohamed Eısayedlə qarşılaşacaq. 87 kiloqramda isə Rafiq Hüseynov macarıstanlı David Loşontsi ilə üz-üzə gələcək.
Qeyd edək ki, hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
2
0