Sərbəst güləş yığmamız Avropa çempionu olub
26.05.2024 - 21:11
Ölkəmizdə təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı başa çatıb.
Apasport.az xəbər verir ki, sərbəst güləş üzrə yığmamız komanda hesabında 1-ci yeri tutub.
1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan millimiz 137 xal toplayaraq Avropa çempionu olub. Türkiyə (119) ikinci, Moldova (96) isə üçüncü yeri tutub.
Komandamızın heyətində Cəbrayıl Qadjiyev qızıl, Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız da ümumi hesabda Avropa çempionu olub.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0