Sərbəst güləşçilərimiz dünya çempionatının finalına yüksəlib
25.10.2025 - 23:12
Sərbəst güləşçilərimiz dünya çempionatının finalına yüksəlib

Azərbaycanın iki sərbəst güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatının finalına yüksəlib.

Apasport.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə 57, 70, 79 və 125 kq-da mübarizəyə start verilib.

Muhəmmədəli Əlizadə (57 kq) debütdə özbəkistanlı Nodirbek Cumanazarovla bacarmayıb – 0:10.

Kənan Heybətov (70 kq) kanadalı Koul Koqhilə (10:0), belçikalı Muhammad Abdurahmanova (10:0), ermənistanlı Davit Marqaryana (tuş) və amerikalı Piter Dükə (14:4) tam üstünlüklə qalib gələrək finala yüksəlib. Kənan finalda iranlı Sina Xəliliylə güləşəcək.

Fərid Cabbarov (79 kq) isveçrəli Umar Mavlayevi (3:1) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda qazaxıstanlı Yerxan Abilə 0:5 hesabıyla məğlub olub.

Xetaq Karsanov (125 kq) belaruslu Pavel Cyatlava (12:2) və misirli Abdelrahman Şeyatana (11:0) tam üstünlüklə qalib gəldikdən sonra türkiyəli Hakan Büyükçınqıldan güclü olub – 7:5. Təmsilçimiz yarımfinalda amerikalı Daniel Herreraya da heç bir şans tanımayıb – 12:2. Xetaq finalda iranlı Abolfazl Necadla güləşəcək.

Həlledici qarşılaşmalar sabah keçiriləcək.