Bu gün Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, yarışın son günün sərbəst güləşçilər arasında qaliblər bəlli olub.
70 kq çəki dərəcəsində Maqomed-Başir Xaniyev finalda mübarizə aparıb. Onun rəqibi Maqomed Emi Eltemirov (AİN) olub. Gərgin mübarizə şəraitində keçən görüş güləşçimizin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə Azərbaycan yığması mundialda ikinci qızıl medala yiyələnib.
Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb. Qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) isə dünya çempionu olub. Sərbəst güləş yığmamızın heyətində Ruslan Abdullayev (61 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc əldə edib.
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu
- Azərbaycan güləşçiləri İslam Oyunlarında iki gümüş medal qazanıb
- İslam Oyunları: Ruzanna Məmmədova qızıl üçün xalça üzərinə çıxacaq