Təmsilçimiz erməni rəqibini məğlub edərək finala yüksəlib
11.04.2025 - 20:18

Güləş üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın 5-ci günündə yunan-Roma güləşçiləri mübarizəyə start verib.
Eldəniz Əzizli (55 kq) çempionata 1/4 finaldan başlayıb. O, gürcüstanlı Vaxtanq Loluaya tam üstünlüklə (9:0) qalib gələrək yarımfinala yüksəlib.
Eldəniz yarımfinal mərhələsində Manvel Xaçataryana 5:1 hesabı ilə qalib gələrək, finala yüksəlib.
- Qadın güləşçimiz Avropa çempionatında bürünc medal qazanıb
- Yunan-Roma güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar
- Qadın güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayıblar
- Mükafatlandırma mərasimində qalmaqal: Medalı elə taxdı ki... - VİDEO
- Millimiz Avropa çempionatının qalibi olub
0
0