Üç güləşçimiz finala vəsiqə qazanıb
28.10.2024 - 18:26
Bu gün Bəhreyndə keçirilən Gimnaziadada güləş yarışlarına start verilib.
Apasport.az xəbər verir ki, çıxışa ilk olaraq sərbəst güləşçilər başlayıb.
Azərbaycanın üç idmançısı finala yüksəlib. Hüseyn Hüseynov (55 kq), Həsən Həsənov (60 kq) və Fərhad Süleymanlı (92 kq) qızıl uğrunda mübarizə aparacaq.
Rəvan Qəmzəzadə (48 kq), Ramal Mirhüseynov (51 kq), Fərid Ağasızadə, Hüseyn İsmayılov (hər ikisi 65 kq), Rəşad Veysəlov, Nihad Abbasov (hər ikisi 71 kq), Nihad Süleymanlı (81 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc uğrunda güləşəcəklər.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0